Modern.az

Aqvropa Məhkəməsi Ukrayna hökumətini 27 milyon avro cərimələdi

Aqvropa Məhkəməsi Ukrayna hökumətini 27 milyon avro cərimələdi

26 İyul 2013, 13:36

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) Ukrayna hökumətini böyük məbləğdə cərimələyib. Modern.az  xəbər verir ki, Ukrayna milli məhkəmələrin qərəzli qərarlarına əsasən hökumət "Kənd təsərrüfatı kompleksi" (Агрокомплекс) şirkətinə dəymiş zərərə görə 27 milyon avro kompensasiya ödəməlidir. Müvafiq,  23465/03 nömrəli  qərar AİHM rəsmi saytında nəşr edilib.

Məlumata əsasən, ötən əsrin 90-cı illərinin əvvəlində  “Aqrokompleks” şirkəti o vaxt dövlət tərəfindən idarə olunan “Lisiçan” Neft Emalı Zavoduna 375 min ton xam neft göndərib, lakin emaldan sonra hazır malın cüzi miqdarını alıb. Sonradan Neft, qaz və neft emalı sənayesi Dövlət Departamentində zavodun öz öhdəliklərini yerinə yetirməməsi etiraf olunub. Bununla bağlı bir neçə məhkəmə instansiyası neft emalı zavodunun “Aqrokompleks” şirkətinə 19.5 milyon avro borclu olması barədə qərar qəbul ediblər, amma dövlət tərəfindən yaranan komissiya bu borcu 8 milyon avroyadək endirib. AİHM-nin qərarında deyilir ki, borcun azalması o vaxt ölkənin prezidenti Leonid Kuçmanın məhkəmə işinə qarışmasından sonra baş tutub. 

Qeyd edək ki, bu, Ukraynanın tarixində AİHM tərəfindən qəbul olunan qərarla bağlı ödəniləcək ən iri cərimədir.

 

Elçin MURAD

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım