Modern.az

Yolunu azmış erməni Bakıdan Kiyevə yola salındı

Yolunu azmış erməni Bakıdan Kiyevə yola salındı

26 İyul 2013, 14:17
 

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səhvən Bakıya gəlib çıxan Ermənistan vətəndaşı Asatur Xaçatryan Kiyevə geri dönüb. O, Bakı hava limanının tranzit zonasından Kiyevə yola salınıb. Ermənistanın Qırmızı Xaç Cəmiyyətindən bildirilib ki, Azərbaycandakı həmkarları ilə əlaqə saxlayaraq Ermənistan vətəndaşının gəlişini qabaqcadan xəbər veriblər. Onu hava limanında cəmiyyətin nümayəndələri qarşılayıb.  

P.S. Modern.az
olaraq qeyd edək ki, bu vəziyyətdə “AZAL” şirkətinin və Dövlət Sərhəd xidmətinin mətbuat xidmətlərinin fəaliyyətsizliyi diqqəti cəlb edir. Cəmiyyətə informasiya verməli olan qurumların susması yerli jurnalistlərin erməni KİV-lərindən xəbər almağa vadar edir.

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım