Modern.az

Zakir Qaralov 5 rayonun sakinlərini qəbul edəcək

Zakir Qaralov 5 rayonun sakinlərini qəbul edəcək

26 İyul 2013, 14:48


Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov avqustun 16-da saat 11:00-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağsu şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım