Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014 tədris ilində qəbul prosesi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi elan edib.
Modern.az-ın verdiyi məlumata görə, TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib ki, yazılı və elektron media orqanlarında çalışan jurnalistlər üçün 1, 2 və 3-cü yerlər üçün müvafiq olaraq 1000, 800 və 600 manat mükafat ayrılıb.
Televiziya və radio jurnalistləri də süjetlərini təqdim edə bilərlər. Müsabiqə sentyabrın 1-ə qədər davam edəcək. Müsabiqədə iştirak etmək istəyən jurnalistlər bu müddət ərzində tələbə qəbulu ilə bağlı yazdıqları məqalələri, reportajları və digər materialları TQDK-ya təqdim etməlidirlər.