
“İslam Partiyasının prezidentliyə namizədi qeydə alınmadığı təqdirdə ölkənin mübarizə aparan insanları ilə, milli və dövlət maraqlarına müvafiq olaraq hər hansı bir qurumun, o cümlədən Milli Şuranın vahid namizədini müdafiə edə bilərik”.
Bunu
Modern.az-a açıqlamasında İslam Partiyasının sədr müavini Rövşən Əhmədli prezident seçkisində iştirakla bağlı mövqelərini şərh edərkən deyib. Onun sözlərinə görə, partiyanın sədri və lideri Mövsüm Səmədov da bu qənaətdədir.
“Mövsüm Səmədovu qeydə almaq üçün gərək həbsdən buraxsınlar. Əks təqdirdə isə biz Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovu dəstəkləməyə hazırıq”, – deyə R.Əhmədli vurğulayıb. Xatırladaq ki, İslam Partiyasının bəzi üzvləri Milli Şurada da fərd olaraq təmsil olunur.
Aqşin Kərimov