Azərbaycan mədəniyyəti bu gün daha bir nümayəndəsini itirdi. Xalq artisti günorta saatlarında ömrünün 90-cı yayında müalicə olunduğu 1 sayılı Şəhər Kliniki xəstəxanasında həyatla vidalaşıb.
Xatırladaq ki, Şəfiqə Axundova iyulun 11-də Şəkidə olarkən qəflətən halı pisləşib. Xroniki qan dövranı çatışmazlığı, hipertoniya xəstəliyi, şəkərli diabet diaqnozu ilə əvvəlcə Şəki Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Bakıya Klinik Mərkəzə gətirilmişdi.Axundova Şəfiqə Qulam qızı 1924 cü ildə Şəkidə anadan olub. 1943-1944 cü illərdə ailəsi Bakıya köçəndən sonra Üzeyir Hacıbəyovun müəllimlik etdiyi Asəf Zeynallı adına Bakı Müsiqi Kollecində tar sinifində musiqi təhsilini davam etdirib. Sonda Azərbaycan Dövlət Konsevatoriyasına qəbul olub. Burada Üzeyir Hacıbəyovdan xaql musiqisinin sirlərini öyrənib, B.Zeydmanın sinifində bəstəkarlıq ixtisasına yiyələnib. 1956-cı ildə Konservatoriyanı bitirib və o illərdə bəstələdiyi bir çox mahnıları ilə populyarlıq qazanıb. 1972-ci ildə isə “Gəlin Qayası” operasını yazmaqla Şərqdə opera yazan ilk qadın olaraq tarixə düşüb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
Modern.az mərhum Xalq artisti Şəfiqə Axundovanın həyatının müxtəlif dövrlərini əks etdirən fotoları təqdim edir.
Modern.az