Modern.az

Deputat: “Ermənistanda “Naxçıvan qardaşları” cəmiyyəti var”

Deputat: “Ermənistanda “Naxçıvan qardaşları” cəmiyyəti var”

26 İyul 2013, 15:30


“Ermənistanın baş prokuroru tarixi yaxşı bilmir. Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədləri 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri müəyyən edilib”. Bunu Modern.az-a Naxçıvandan seçilən deputat Eldar İbrahimov deyib.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın baş prokuroru Aqvan Ovsepyan Beynəlxalq Ümumerməni Forumunda çıxışı zamanı Naxçıvan Muxtar Respublikasını “Ermənistanın ayrılmaz hissəsi” elan edib. O, bunla bağlı müvafiq tarixi sənədlərin toplanaraq Beynəlxalq Məhkəməyə veriləcəyini bildirib.

“1921-ci ildə Türkiyə ilə Rusiya, Ermənistan, Gürcüstan və Azərbaycan arasında Qars müqaviləsi imzalanıb. 1992-ci ilin martında Türkiyədə Heydər Əliyev və Süleyman Dəmirəl Qars müqaviləsini təzələyiblər”.

Qars müqaviləsinin beynəlxalq hüquqla qorunduğunu bildirən deputat müqavilənin şərtlərinin dəyişdirilməsinin qeyri-mümkün olduğunu bildirib.
“Qars müqaviləsi Naxçıvanın ərazi bütövlüyünü qoruyan müqavilədir. Bura əzəli Azərbaycan torpağıdır, Naxçıvan həmişə Azərbaycanın ayrılmaz hissəsi olub”.

Eldar İbrahimov ermənilərin həmişə Naxçıvanla bağlı iddialarının olduğunu bildirib. “Mən bilirəm ki, Ermənistanda “Naxçıvan qardaşları” cəmiyyəti var. Hətta deyirlər ki, “heyf, biz gərək Qarabağdan yox, Naxçıvandan başlayardıq”. Bunların hamısı cəfəngiyatdır. Naxçıvan həmişə Azərbaycanın olacaq və Naxçıvan arzusu ermənilərin ürəyində qalacaq”.  

Vüqar İsmayılov
 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım