Almaniya Federativ Respublikasının prezidenti Azərbaycana yeni səfir təyin edib. Modern.az bildirir ki, yeni səfir Haydrun Tempel əvvəllər Almaniya Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərib.
Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, yeni səfir təyiyatla bağlı deyib: "Azərbaycan xüsusi qonaqpərvərliyi və tolerantlığı ilə seçilən gözəl bir ölkədir. Mən yeni fəaliyyətimə görə çox məmnunam. Hədəfim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq və bizim sıx iqtisadi və mədəni əlaqələrimizi daha da dərinləşdirməkdir".
Modern.az