Modern.az

Yağışsız, sərin hava olacaq

Yağışsız, sərin hava olacaq

Təhsil

26 İyul 2013, 15:40

İyulun sonuna kimi Azərbaycan ərazisində mülayim sərin hava şəraiti davam edəcək.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az - a verilən məlumata görə, iyulun 27-də Bakı və Abşeron yarımadasında dəyişkən hava şəraiti hökm sürəcək.

Hava arabir tululacaq, hava əsasən yağmursuz olacaq. Lakin səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə olacaq.

Azərbaycanın rayonlarında isə bəzi ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, gündüz əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlıq rayonlarda gecə 10-15, gündüz 18-23 dərəcə olacaq.

Məlumata görə, bu cür hava şəraiti iqlim normasına yaxındır.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım