Modern.az

Milli Şurada Milli Etimad Hökuməti müzakirələri oldu

Milli Şurada Milli Etimad Hökuməti müzakirələri oldu

26 İyul 2013, 16:58


Bu gün Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Aparatının və komissiya rəhbərlərinin birgə iclası keçirilib.
 
Musavat.com-un məlumatına görə, iclas zamanı komissiyaların seçki kampaniyası dövründə vəzifələri və DQMŞ namizədi Rüstəm İbrahimbəyov seçkilərdə qələbə qazanarsa, formalaşdırılması nəzərdə tutulan Milli Etimad Hökumətinin qarşıda duran islahatları ilə bağlı məsələlər müzakirə olunub. Xəbəri DQMŞ Aparatının mətbuat xidməti yayıb.
 
Həmçinin DQMŞ-nin gələn həftə keçiriləcək növbəti sessiyasının gündəlik layihəsi müzakirə olunub.

Modern.az
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım