Modern.az

48 minə yaxın şəxs MİQ imtahanlarında iştirak edib

48 minə yaxın şəxs MİQ imtahanlarında iştirak edib

Təhsil

17 İyul 2023, 14:20

11-15 iyul tarixlərində ölkənin 13 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 29 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarını yekunlaşıb.

 

Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən Modern.az-a verilən məlumata görə, test imtahanlarına 58 000-ə yaxın namizəd dəvət olunub, onlardan 47 571 namizəd iştirak edib.

 

Qeyd olunub ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarıqlı müəllimlərin aşkarlanmasında bərabər və ədalətli imkandır. Müsabiqə peşəkar və mütəxəssis müəllimləri tapmağa imkanı verir, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi