Modern.az

Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi

28 İyul 2013, 15:01


Muğam sənətinin mahir ifaçılarından biri, xalq artisti Tələt Qasımov dünən gecə vəfat edib. Bu barədə AzNews.a-a xalq artistinin yaxınları məlumat veriblər. 80 yaşında vəfat edən xanəndənin milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olub.

Ailəsindən verilən məlumata görə, T.Qasımov uzun müddət xəstə olub, ancaq bu barədə yalnız muğam ifaçısının yaxınları məlumatlı olublar.

İyulun 28-də gecə isə o, ürək tutmasından dünyasını dəyişib.

Tələt Qasımov 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Əvvəlcə dini musiqiyə meyl edib, daha sonra mərsiyəxan olub. Sonradan isə xanəndəlik sənəti ilə məşğul olmağa başlayıb.

O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edib. Onun ifasında “Rast”, “Şur”, “Segah-Zabul” muğam-dəstgahları, “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov həmçinin Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi də fəaliyyət göstərib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım