Modern.az

Yazıçılar süni intellektə qarşı çıxdılar

Yazıçılar süni intellektə qarşı çıxdılar

19 İyul 2023, 13:04

Marqaret Etvud və Syüzen Kollinzin də daxil olduğu 8 mindən çox yazıçı əsərlərinin süni intellekt modellərinin öyrənilməsində istifadə olunmasına qarşı çıxarıblar.

 

Modern.az xəbər verir ki, müəlliflər öz kitablarının süni intellektin təkmilləşməsində istifadəsinə görə mükafat tələb ediblər.

 

Onlar bəzi texnologiyaların əsərlərin müəllif üslubunun surətini çıxarmasına şərait yaratması ilə razı deyillər.

 

Yazıçıların məktubu “OpenAI”nin rəhbəri Sem Altmana, “Alphabet”in başçısı Sundar Piçaiyə, “Meta”nın təsisçisi Mark Zukerberqə və digər texnologiya kompaniyalarının rəhbərlərinə ünvanlanıb.

 

Məktubda deyilir: “Böyük dil modellərində yaradılmış generativ süni intellekt texnologiyaları öz mövcudluğunu bizə borcludur”. Onlar müəllif hüquqlarını qorumağı və yazıçıların əsərlərindən istifadə üçün təzminat ödəməyi tələb ediblər. Belə ki, onların fikrincə, bu kitablar olmadan “süni intellekt bəsit və son dərəcə məhdud olardı”.

 

Sonda qeyd olunub: “Bizim mətnlərin sizin sistemlərə daxil edilməsi nəticəsində generativ süni intellekt bazarı aşağı səviyyəli, maşınların yazdığı kitablar, hekayələr və jurnalistika ilə doldurula bilər ki, bu da bizlərin peşəsinə ziyan vuracaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək