Modern.az

Rüstəm İbrahimbəyovun Bakıya gəlişi təxirə düşür

Rüstəm İbrahimbəyovun Bakıya gəlişi təxirə düşür

28 İyul 2013, 18:11

«Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya dönməsi ilə bağlı gözlənən səfəri təxirə düşə bilər».

Modern.az xəbər verir ki, bu barədə Milli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazov "Azadlıq" radiosuna danışıb. O bildirib ki, R. İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası ilə bağlı ərizəsinə hələ cavab verilməyib:
 
- Vətəndaşlıqla bağlı sənədlər vacibdir. Rüstəm müəllim Bakıya qayıdandan sonra Azərbaycan hakimiyyəti hansısa qondarma ittihamlarla ona cinayət işi qaldıra bilər. Bu zaman onun ölkədən çıxmasına süni maneələr yaradıla bilər. Rusiya qanunvericiliyinə görə bu prosedurda şəxsin fiziki iştirak lazımdır. Vəkilə etibarnamə verməklə iş bitmir. Biz Rüstəm müəllimlə iyulun 30-da Tbilisidə görüşəcəyik. Tbilisiyə Milli Şuranın komissiya sədrləri, quruma daxil olan partiyaların təmsilçiləri gedəcək və orda bütün məsələləri müzakirə edəcəyik.

Modern.az
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım