Modern.az

Elşad Abdullayev yeni video yayıb

Elşad Abdullayev yeni video yayıb

29 İyul 2013, 07:47

Keçmiş rektor bu dəfə Arzu Kazımovun oğlu ilə söhbətini ictimailəşdirib

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq”a yeni video və müşaiyətedici mətn göndərib. Mətndə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasova müraciət olunur.

Keçmiş rektor hakimə yazır ki, həbsdə olan polis zabiti Zaur Kazımovun təhdidləri “pərdəarxası adam ogurlugu cinayətlərində iştirakcılığı” ilə bağlıdır.

Elşad Abdullayev yazır ki, təqdim etdiyi videoda Arzu Kazımovun 17 yaşlı oglu, polis zabiti Zaur Kazımovla qardaşı Mahir Abdullayevin geri qaytarılması haqqında söhbət edirlər. Söhbət 21 iyul 2004-cü il tarixində qeydə alınıb. O, vidoyazının prokurorluq və MTN-ə də təqdim olunduğunu əlavə edib.

 



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım