Modern.az

Tiflis Ağstafadakı qədim alban məbədi ilə bağlı iddiasını yenidən AÇIQLAYIB

Tiflis Ağstafadakı qədim alban məbədi ilə bağlı iddiasını yenidən AÇIQLAYIB

29 İyul 2013, 11:23

Tiflis və Bakı “David Qareci” kilsəsi ilə bağlı yekun qərarı qəbul edə bilməyib

Gürcüstanla Azərbyacan arasında müzakirə mövzusu olan “David Qareci” (Keşikşi Dağ) kilsəsi ilə bağlı ki ölkənin rəsmi qurumları qəti qərara gələ bilməyiblər. Modern.az saytı bildirir ki, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze gürcü KİV-lərinə açıqlamasında bu istiqamətdə danışıqların davam etdiyini deyib.

“Biz daim Azərbaycan tərəfi ilə bu mövzu ətrafında məsləhətləşmələr aparırıq. Mən bunu problem adlandırmazıdm. Ona görə ki, biz tərəfdaş və dost ölkələrik və bütün problemləri həll edə bilərik”-deyə Maya Pancikidze vurğulayıb.

Bununla yanaşı Gürcüstan Xarici İşlər Nazirliyində David Qareci kilsəsi ilə bağlı komissiya yaradılıb və bu qurum kilsə ətrafında baş verən situasiyanı öyrənir.

Bir neçə gün əvvəl isə azərbaycanlı sərhədçilər David Qareci monastırında 4 gürcünü saxlayıblar. Bir gün sonra onlar azad edilib. Saxlanılanlardan biri Zurab Duqladze gürcü TV-lərinə müsahibəsində bildirib ki, onlar Azərbaycan ərazisi ilə kilsəyə daxl olmaq niyyətində imişlər. Gürcülər azərbaycanlı sərhədçilərdən kilsə ərazinə buraxılmalarını və orada şam yandırmağa imkan vermələrini xahiş edblər. Lakin sərhədçilər onları srəhədi pozmaqda günahlandıraraq saxlayıblar.

Gürcüsatn XİN-i bu barədə onlarda heç bir məlumat olmadığını bildirib.

“Keşikçi Dağ” yoxsa “David Qareci”

Qeyd edək ki, David Qareci kilsəsi Azərbaycanda “Keşikçi dağ” adı ilə tanınır.

Bu Azərbaycanla Gürcüstan sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.

Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə “Keşikçi” məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının  mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız 4-cü Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərib ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində  olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.

Rusiya işğalından sonra monastır kompleksi Gəncə və Tiflis quberniyasının arasındakı sərhəd əraziyə düşüb. Sovet dönəmində bu bölgü qüvvədə olub. Müstəqillik əldə olunduqdan sonra sərhəd müəyyənləşdiriləndə Gəncə və Tiflis quberniyası arasındakı sərhəd əsas götürülüb. Hazırkı bölgüyə əsasən "David Qareci" monastır kompleksinin böyük hissəsi Gürcüstan ərazisindədir. Azərbaycan tərəfdə bir monastır və bir neçə hücrə var. Monastır Sovet dövründə fəaliyyət göstərməyib.

“Keşikçi Dağ” Dövlət Qoruğu elan olunub

2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb.  Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.

Qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlanıb. Ərazidə yerləşən Keşikçi qalasının ilkin orta əsrlərdə müdafiə məqsədilə tikildiyi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə VIII-XV əsrlərə təsadüf etdiyi məlum olub.  Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanıb.

Tarixi məlumatlara görə, Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində bir əsrdən çox hərbi poliqon olub. (XIX əsrdə). Qapalı bir yer olduğundan alimlər tərəfindən tam araşdırılmyıb. Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. Burada qoruqda tapılmış əşyalardan ibarət muzey yaradılması nəzərdə tutulub.

Gürcüstanla Azərbaycan “David Qareci” monastır kompleksinin ərazisi üzrə sərbəst hərəkət haqqında saziş imzalayıb. Saziş sərhədlərin delimitasiyası ilə bağlı işlər yekunlaşanadək qüvvədə olacaq.

X. SƏFƏROĞLU  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım