Modern.az

Eldar Namazov: “Tiflis görüşündə yeni namizəd müzakirəsi olmayacaq”

Eldar Namazov: “Tiflis görüşündə yeni namizəd  müzakirəsi olmayacaq”

29 İyul 2013, 11:32


“Tiflis görüşündə Milli Şuranın yeni vahid namizədi ilə bağlı müzakirələr gözlənilmir”. Modern.az bildirir ki. bu açıqlamanı “musavat.com”a Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Şura təmsilçilərinin Tiflis səfərinin gündəliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən verib. Onun sözlərinə görə, Rüstəm İbrahimbyovla bağlı vəziyyətin yenidən dəyərləndiriləcəyi barədə mətbuata ötürülən xəbər həqiqəti əks etdirmir və Milli Şuranın adından bu cür açıqlamaları yalnız özü verə bilər. 

  Qeyd edək ki, “musavat.com”a Eldar Namazova yaxın olan qaynaqlardan bildirilib ki, Tiflisdəki toplantıda Rüstəm İbrahimbyovla bağlı vəziyyət yenidən dəyərləndiriləcək.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım