Modern.az

Rəhbər vəzifələr üzrə imtahan keçiriləcək

Rəhbər vəzifələr üzrə imtahan keçiriləcək

21 İyul 2023, 09:32

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 23-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı).

 

İmtahana qeydiyyat 2023-cü il iyunun 25-dən 20 iyul saat 11:00-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.

 

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək