Modern.az

Naxçıvanda qəbul imtahanı keçirildi

Naxçıvanda qəbul imtahanı keçirildi

22 İyul 2023, 13:44

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvanda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

 

Modern.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsindən bildirilib ki, imtahanlar Naxçıvan şəhərindəki 5 və 14 nömrəli tam orta məktəblərdə təşkil olunub.

 

40 zalda keçirilən imtahanlara 6 imtahan rəhbəri və 48 nəzarətçi cəlb olunub. Bu gün keçirilən imtahanda 496 abituriyent iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək