Modern.az

Emin Əmrullayevin müavinlərinin sayı artırılır

Emin Əmrullayevin müavinlərinin sayı artırılır

Təhsil

24 İyul 2023, 15:40

Elm və təhsil nazirinin müavinlərinin sayı artırılır.

 

Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Elm və Təhsil Nazirliyi haqqında yeni Əsasnamədə əksini tapıb.

 

İndiyə qədər qüvvədə olan Əsasnaməyə görə, elm və təhsil nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan 3 müavini olub.

 

Yeni Əsasnaməyə görə, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək