Modern.az

Bağça seçimi üçün vaxt açıqlandı

Bağça seçimi üçün vaxt açıqlandı

26 İyul 2023, 16:02

Keçən tədris ilindən məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada həyata keçirilir. Dünəndən başlayaraq ölkə üzrə valideynlər elektron kabinet yaratmağa başlayıblar.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova bildirib.

 

“Dünəndən yalnız kabinet yaratmağa başlanılıb. Kabinet yaradıldıqdan sonra avqustun 1-də regionlar, 8-də isə Bakı üzrə qəbul başlayacaq”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək