Modern.az

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - TARİX

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - TARİX

Təhsil

27 İyul 2023, 11:12

Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.

 

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin köməkçisinin Qarabağ yalanı - Bakıdan sərt REAKSİYA