Modern.az

Azərbaycanda 35 minə yaxın insan Prezident təqaüdü alır

Azərbaycanda 35 minə yaxın insan Prezident təqaüdü alır

Təhsil

31 İyul 2013, 13:04


Son on ildə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkədə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü institutu formalaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, indiyədək 34 min 961  nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən, Prezident təqaüdləri təyin olunub.

Həmin təqaüdlərin orta aylıq məbləği 116,4 manatdır. Son on ildə şəhid ailələrinə verilən Prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin orta məbləği 10 faiz, Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb.
Modern.az  
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR