Modern.az

Peşə məktəblərində dövlət sifarişli yerlərin sayı 30 faiz artıb

Peşə məktəblərində dövlət sifarişli yerlərin sayı 30 faiz artıb

28 İyul 2023, 11:02

Növbəti tədris ili üçün peşə təhsili pilləsində plan yerlərinin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov məlumat verib.

 

O bildirib ki, 2018-ci ildə 13960 nəfər peşə təhsil müəssisələrinə qəbul olunmuşdusa, 2022-ci ildə bu rəqəm artıq 19000-i ötüb:

 

"Qəbul olanlardan 12831-i kişi, 6164-ü qadındır. 2026-cı ilə qədər qəbul olunan tələbə sayı 27 335-ə çatması hədəf olaraq götürülüb. Ali təhsilə keçid imkanı verən yüksək texniki peşə təhsili (subbakalavr dərəcəsi) alan tələbələrin sayı 1460-dır. 2026-cı ilə qədər bu təhsil səviyyəsi üzrə təhsil alanların sayının 9200 nəfər artması planlaşdırılır. YTP üzrə qəbul son 6 ildə 11 təhsil müəssisəsi, 19 ixtisas üzrə həyata keçirilir. 2023/2024-cü tədris ili üçün qəbul planı 25420-dir. O cümlədən dövlət sifarişli yerlərin sayı 18290, ödənişli yerlərin sayı isə 7130-dir".

 

Qurum rəsmisi deyib ki, son 3 ildə peşə təhsili səviyyəsində dövlət sifarişli yerlərin sayı təqribən 30 faiz artıb: "Qəbul planında son üç ildə dövlət sifarişli yerlərin sayı 2021/2022-ci illərdə 14160, 2022/2023-cü illərdə 16040 olunb, 2023/2024-cü illərdə isə 18290-dır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək