Modern.az

Təhsillə bağlı qrant müsabiqəsinin nəticələri 

Təhsillə bağlı qrant müsabiqəsinin nəticələri 

28 İyul 2023, 12:12

İyulun 28-də təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, müsabiqəyə ümumilikdə 1 407 layihə təqdim edilib. Bu, ötən illə müqayisədə 306 layihə (28 faiz) daha çoxdur. Daxil olan layihələrin 279-u ümumi təhsil müəssisələrinin, 1 128-i isə təhsilverənlərin fərdi layihələridir.

 

Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 398 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 225 layihə qrant qazanıb. Qrant verilməsi nəzərdə tutulan layihələrin 72-si ümumi təhsil müəssisələrinin, 153-ü isə təhsilverənlərin fərdi layihələridir.

 

Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Quba, Lənkəran, Sumqayıt, İsmayıllı, Laçın, Qax, Şirvan və Şəki aiddir.

 

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.

 

Müsabiqə yekunlarını əks etdirən cədvəl Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək