Modern.az

«Garant Holding» Ramazan ayı ilə əlaqədar iftar həftəsinə start verir

 «Garant Holding»  Ramazan ayı ilə əlaqədar iftar həftəsinə start verir

Təhsil

31 İyul 2013, 15:01

Modern.az -ın məlumatına görə, artıq neçənci ildir ki, Azərbaycanın ən iri holdinqlərindən biri olan «Garant Holding» (keçmiş «ZQAN Holding») Ramazan ayı ərzində iftar aksiyaları həyata keçirir. Ötən illərdə nəqliyyatın hərəkətinin intensiv olduğu nöqtələrdə, işıqforlar və dayanacaqlarda iftar saatına gecikən insanlara su və xurma paylayan holdinq əməkdaşları onların vaxtında iftar açmasına kömək edirdi. Bu il aksiyanın səciyyə və miqyası bir az da genişlənəcək. Belə ki, Ramazan ayının son həftəsi, avqustun 1-dən 7-dək hər gün paytaxtın 10 nöqtəsində «Garant Holding» iftar süfrəsinə dəvət edir» şüarı altında insanlara su və xurma paylanacaq. Bununla yanaşı, həftənin cümə axşamı 4 nöqtədə səyyar çadır qurularaq oruc tutan, amma iftar saatına gecikən insanlara yüngül yemək ikram olunacaq. Həmin çadırları avqustun 2, 4, 6 və 7-də paytaxtın əhalinin daha sıx olduğu məntəqələrində görmək olacaq.

Builki Ramazan aksiyasında «Garant Holding» və onun tərkibinə daxil olan «Qarant Sığorta», «Azbentonit», «M-Trans», «Royal Estate», «Ucar Aqro», «Avtomedia», «Transeurocom», «AzPOD», «Meridian Hotel» iştirak edir. Aksiya boyunca hər gün 2 min insan olmaqla, ümumilikdə 14 min nəfər «Garant Holding»in iftar süfrəsinə qonaq ola bilər.

 

Moderrn.az  
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR