Modern.az

Bəxtiyar Hacıyev: “Polis məni sərbəst buraxdı”

Bəxtiyar Hacıyev: “Polis məni sərbəst buraxdı”

Təhsil

31 İyul 2013, 18:49

“Məni artıq sərbəst buraxıblar”. Bunu Modern.az saytına açıqlamasında gənc fəal Bəxtiyar Hacıyev bildirib. O qeyd edib ki, izahat alandan sonra onu sərbəst buraxıblar.

“Mənə qarşı hər hansı cərimə kəsilməsi isə gözlənilmir”.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən isə qeyd edilib ki, ki, B.Hacıyevi bölməyə Post Patrul Xidməti bölüyünün əməkdaşları gətiriblər:

“Post Patrul Xidməti əməkdaşları piyada keçidindən istifadə etməyən şəxslərə qarşı tədbir görərkən Bəxtiyar Hacıyev həmin ərazidə qanunsuz fotoçəkiliş aparıb”-deyə polis bölməsindən bildirilib.  

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım