Modern.az

“Rossiyaskaya qazeta” Azay Quliyevdən müsahibə alıb

“Rossiyaskaya qazeta” Azay Quliyevdən müsahibə alıb

Təhsil

31 İyul 2013, 19:50


Rusiyada nəşr edilən “Rossiyaskaya qazeta”nın 30 iyul tarixli sayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə geniş müsahibə dərc olunub. “Miilli donor” adlanan yazıda Azərbaycanda III sektorun inkişaf mərhələləri, Şuranın fəaliyyəti, QHT donor münasibətlərindən bəhs edilib.

Beynəlxalq əməkdaşlıq mövzusuna da toxunan şura sədri Rusiya Federasiyası və Türkiyənin QHT-ləri ilə qurulan qarşılıqlı faydalı əlaqələrdən danışıb. Azay Quliyev Şuranın bu il ilk dəfə olaraq xarici QHT-lər üçün elan etdiyi maliyyə müsabiqəsi haqqında da geniş məlumat verib. A. Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin prioritetlərindən danışarkən demokratiya, insan hüquqları, Azərbaycanın təbliğatının xaricdə aparılması, Qarabağ probleminin həllində təşəbbüslərin dəstəklənməsi və digər mövzuları önə çəkərək ölkəmizin keçdiyi inkişaf yolunun qürurverici olduğunu vurğulayıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR