Modern.az

Kinorejissor Ələkbər Muradov dünyasını dəyişdi

Kinorejissor Ələkbər Muradov dünyasını dəyişdi

Təhsil

1 Avqust 2013, 09:27
Azərbaycanın tanınmış kinorejissorlarından olan Ələkbər Muradov ötən gecə 65 yaşında dünyasını dəyişib. Modern.az-ın xəbərinə görə, bu barədə onun həmkarı Əli İsa Cabbarov məlumat verib. Onun üzun sürən xəstəlik nəticəsində vəfat etdiyi bildirilir.
 
Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Son vaxtlar Lider TV-də işləyib. Əməkdar incəsənət xadimidir.
 
Ələkbər Muradov "Güllələnmə təxirə salınır", "Qərib cinlər diyarında", "Qorxma, mən səninləyəm",  "Mən mahnı qoşuram" məşhur filmlərinin, eləcə də, onlarla digər ekran əsərinin rejissoru olub.

Qeyd edək ki, 1 avqust tarixi Ə.Muradovun ad günüdür. Bu gün o, 65 yaşını qeyd edəcəkdi.
 
Allah rəhmət eləsin! 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım