Modern.az

Milli Ordunun daha bir əsgəri həlak olub

Milli Ordunun daha bir əsgəri həlak olub

1 Avqust 2013, 10:51

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.   
Qeyd edək ki, əsgər Goranboy rayonundan hərbi xidmətə çağırılıb.
Allah rəhmət eləsin!

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım