Modern.az

Bu qərar şəxsi inkişafımıza dəstəkdir - Müharibə veteranları

Bu qərar şəxsi inkişafımıza dəstəkdir - Müharibə veteranları

31 İyul 2023, 17:57

Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2023-2024-cü tədris ilindən etibarən ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

 

Modern.az ölkə başçısının sərəncamı ilə təhsilhaqqından azad olunacaq Müharibə veteranlarının təəsüratlarını alıb.

 

Həmsöhbətimiz Elvin Bəkirov Vətən müharibəsində iştirak edənlərdəndir. O, “Laçının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalı ilə də təltif olunub.

 

Elvin Bəkirov deyir ki, sərəncam müharibə veteranlarını çox sevindirib:

 

“2009-2013-cü illərdə Gəncə Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili almışam. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təhsilimi yenidən davam etdirmək istədim. 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) magistraturasına  qəbul olundum və hazırda beynəlxalq ticarət ixtisası  üzrə II  kurs tələbəsiyəm.

 

Dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı barədə eşidəndə artıq bizim təhsil xərci ilə bağlı problemimiz olmayacağı üçün çox sevindim. Bu, məni təhsil haqqımı düşünmək məsuliyyətindən azad etdi. Bir  müharibə veteranı olaraq Prezidentimizə bizə göstərdiyi diqqət və qayğıya görə minnətdaram”.

 

 

Digər həmsöhbətimiz Pərvin Abasquliyev də İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, da "Kəlbəcərin  azad olunmasına görə" medalına layiq görülüb.

 

Pərvin Abasquliyev 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində biologiya ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetində  (UNEC) biznesin təşkili və idarə edilməsi (menecment) ixtisası üzrə magistratura təhsili alır:

 

“Təhsil haqqından  azad olunmağımız  dövlətin bizə  yüksək dəyər verdiyini göstərir.  Bu imkanı yaratdığına görə cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Müvafiq sərəncamı biz müharibə veteranlarına, şəhid ailələrinə, qazilərə göstərilən qayğı, eyni zamanda bizim şəxsi inkişafımıza dəstək kimi qiymətləndiririk".

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək