Modern.az

İran səfiri: “Putin və Ruhani sentyabrda görüşəcəklər” - RƏSMİ AÇIQLAMA

İran səfiri: “Putin və Ruhani sentyabrda görüşəcəklər” - RƏSMİ AÇIQLAMA

1 Avqust 2013, 12:33


Rusiya prezidenti Vladimir Putinin İranın yeni prezidenti Həsən Ruhani ilə görüşü Şanxay Əməkdaşlıq Təşkilatının  sentyabrın 13-də Bişkekdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq. Modern.az bildirir ki, bu barədə İranın Moskvadakı səfiri Seyid Mahmud-Rza Səccadi keçirdiyi mətbuat konfransıda bildirib.

Seyid Mahmud-Rza Səccadi  qeyd edib ki, Vladimir Putinin və İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin ilk dəfə Qırğızıstanın paytaxtı Bişkekdə görüşəcəklər. Səfir prezidentlərin avqust ayında görüşəcəkləri ilə bağlı məlumatın isə doğru olmadığını bildirib.    

Qeyd edək ki,  Rusiya və İran mətbuatı keçən həftə Vladimir Putinin avqust ayında Tehrana gedib İranın nüvə  proqramı  ilə bağlı  Həsən Ruhani ilə görüşəcəyini bildirmişdi.

Peykər İbrahimova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım