Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Temperatur gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 2-də hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Modern.az