Modern.az

Aznews.az saytı 1 yaşını “Cənnət bağı”nda qeyd etdi

Aznews.az saytı 1 yaşını “Cənnət bağı”nda qeyd etdi

Təhsil

1 Avqust 2013, 15:36

Bu gün “Aznews.az” saytının 1 yaşı tamam olur. 2012-ci il avqustun 1-də ilk xəbərləri ilə oxucuların görüşünə gələn Aznews.az-ın baş redaktoru Elçin Zahiroğlu Modern.az-a açıqlamasında bildirib ki, sayt operativ, etibarlı və dolğun xəbər siyasəti ilə qısa zamanda oxucuların etimadını qazanaraq xəbər məkanında özünəməxsus yer tutmağı bacarıb. 

“Bir il ərzində əslində Aznews.az Azərbaycanın media aparıcı saytlarından birinə, ictimai fikrə təsir edən media orqanına çevrilə bildi. Oxucularımız nəticənin necə olduğunu daha yaxşı bilərlər, amma mən bunu normal qiymətləndirirəm. Əlbəttə daha yaxşı nəticələr əldə etmək olardı, amma bu da bizi qane edir. İnşallah növbəti ildə daha yaxşı fəaliyyət göstərməyə çalışacağıq”.

Növbəti illərdə yüksək templə irəli gedəcəklərini vurğulayan E. Zahiroğlu bildirib ki, Aznews.az yeni layihələrin də icrasına başlayacaq.

Baş redaktor kollektivlə birlikdə 1 yaşlarını Qubada, “Cənnət bağı”nda qeyd etdiklərini bildirib. İstirahət etmələrinə baxmayaraq, onlar eyni zamanda sayta xəbərlər də yerləşdirirlər.  

 

Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR