Modern.az

İsa Qəmbər: “Rüstəm İbrahimbəyov bizimlə Bakıya qayıtmalı idi”

İsa Qəmbər: “Rüstəm İbrahimbəyov bizimlə Bakıya qayıtmalı idi”

Təhsil

1 Avqust 2013, 18:00


Müsavat başqanı İsa Qəmbər Milli Şuranın Tiflis səfəri ilə bağlı “Azadlıq” radiosunun suallarını cavablandırıb. “İşdən sonra” proqramına qatılan Müsavat başqanı Milli Şura sədrinin Bakı səfərinin təxirə salınmasından söz açaraq bildirib ki, İbrahimbəyov Tiflisdən onlarla birgə Bakıya qayıtmalı idi.

Onun sözlərinə görə, R.İbrahimbəyovun Azərbaycana qayıtması Milli Şura üçün düzgün qərar olardı.

 “Rüsətm İbrahimbəyov kifayət qədər cəsarətli, fədakar insandır. Namizədlikdən istina etmək fədakarlıq deyil. Əsl qəhrəmanlıq vahid namizəd olmağa razılıq verməkdir və Rüstəm müəllim bu addımı atıb”.

İsa Qəmbər hesab edir ki, Rüstəm İbrahimbəyovun Bakıya qayıtmaq üçün iki həftə vaxtı var.

“İbrahimbəyov avqustun 15-dək Bakıya gələrsə Milli Şuranın uğurlu seçki kampaniyası aparması mümkün olacaq”-deyə Müsavat başqanı qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR