Modern.az

Prezident yol tikintisinə pul ayırdı

Prezident yol tikintisinə pul ayırdı

Təhsil

1 Avqust 2013, 18:55

Prezident İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına əsasən, yetmiş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3.0 (üç) milyon manat ayrılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR