Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmuş dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin siyahısını açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu il 53 abituriyent ali təhsil müəssisələrinə imtahansız qəbul olub.
Bildirilib ki, ali məktəblərə müsabiqədənkənar qəbul olan 53 abituriyentin 3-ü dünya fənn olimpiadalarının, 2-si musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqələrin, 48-i isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibləridir.
Modern.az