“Çoxları öz işləri ilə məşğuldurlar, çoxları qorxurlar, çoxları ehtiyatlı olmağa çalışırlar”
Modern.az Milli Şura sədri, müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Meydan.tv-tə müsahibəsini təqdim edir:
- Sizi konkret proqramınızın olmadığına görə tənqid edənlər var. Bu barədə nə düşünürsünüz?
- Bu düzgün tənqiddir, amma bir az səhv ünvanlandırılıb, ona görə ki, Milli Şura bəyan etdiyi kimi – və mən də bu öhdəliyə öz imzamı atmışam – 2 il ərzində əsasən konstitusiyaya dəyişiklər həyata keçiriləcək. Ən əsası bizə, ən azı daha sonra, siz qeyd etdiyiniz dəyişiklikləri həyata keçirməyə imkan yaratmaq üçün taktiki proqram yaratmamız lazımdır. İki il ərzində biz ədalətli parlament seçkiləri keçirməyi bacarmalıyıq. Referendum keçirmək lazımdır. Konstitusiyaya lazımi dəyişiklikləri qəbul etmək üçüm referendum keçirmək lazımdır ki, prezidentin səlahiyyətini məhdudlaşdıraq və parlamentin, o cümlədən də, parlamentin yaratdığı hökümətin səlahiyyətini genişləndirək.Və sonra da, yeni və azad prezident seçkiləri keçirməmiz lazımdır.Əlbəttə siz məndən soruşduğunuz suallar da bu işlərə daxil olacaq – bu paralel bir işdir. Amma bunların nəticələri bir az sonra görünəcək. Ən vacibi isə, mən görürəm ki, bu sahələr üzrə qabiliyyətli gənc ekspertlərdən ibarət nisbətən böyük bir dəstə formalaşıb. Təəssüf ki onlar Azərbaycanda indiki proseslərdə iştirak etmirlər. Çoxları öz işləri ilə məşğuldurlar, çoxları qorxurlar, çoxları ehtiyatlı olmağa çalışırlar. Bu iki il ərzində bizim vəzifəmiz onları Azərbaycana cəlb etməkdir. Onların fəal olmaları üçün imkan yaratmaq lazımdır. Biz bu proqamı onlardan gözləyirik. Çünki proqramlarımızı yaşları 50-60 dan yuxarı olanlardan almaqdan bezmişik. Gələcək üçün proqramları gənclər yaratmalıdırlar. Təssüf ki, hələ də...və mən əlavə etmək istərdim ki bu şikayət əsasən gənclərdən gəlir...hələ də gerçək təkliflər yoxdur. Tənqidlər var. Düzgün tənqidlər. Amma hələ də heç bir qrup qəbiliyyətli gənc və ya bircə ekspert də ortaya çıxıb bizə təklif etməyib ki, “baxın, bu mənim ideyalarımdır, biz bunu hazırlamışıq, biz bunu etməliyik”.Və biz, bunu onunla izah edirik ki, indiyə gədər onlar axtarılmayıblar, onlar ölkəyə lazımsız sayılırdılar. Bizim vəzifəmiz onlara ən yaxın zamanda yol açmaq, və bacarıqlarını, qabiliyyətlərini və biliklərini reallaşdırmaq üçün Azərbaycanda şərait yaratmaqdır. Gələcək üçün ümidimizi tamamilə onlara bağlayırıq. Amma sizə deyim ki, bu çox ağrılı problemdir. Təhsil sistemi o gədər bərbad vəziyyətdədir ki... yeni nəsl həkim yetişdirmək lazımdır. Vaxtilə Azərbaycanda çox güclü səhiyyə məktəbi var idi – 50-ci, 60-cı illərdə. Bunun hamısı artıq dağılıbdır.İndi kiçik xəstəliklərdən sağalmaqdan ötrü insanlar xaricə gedirlər. Kiçik istisna ilə yaxşı mütəxəssislər qalıb...parlaq peşəkarlardan. Amma ümumi səhiyyə sistemi dağılıbdır. Və təhsil sistemində də vəziyyət eynidir. Yeni müəllimlər lazımdır. Məktəblərdən tutmuş ali təhsiləcən, təhsil sistemini tamamilə yenidən qurmaq lazımdır. Mən düşünürəm ki, biz yeni universitetlərimizi qərbin üsulları ilə yaratmalıyıq. Ora dünya şöhrətli müəllimlər gəlib, dünyanın hər yerindən gələn tələbələrə dərs keçə biləcəklər. O zaman, Azərbaycanlı tələbələr ən qabaqcıl elmi ideyalaların içində yetişəcəklər.Ona görə ki, keçmişdən qalan üsüllarla davam etmək mümkünsüzdür. Amma bir daha təkrarlayıram ki, bizim vəzifəmiz, artıq təhsil almış gəncləri cəlb etməkdir – yəni ki, bizim gənc qabiliyyətli ekspertlərimiz bu proqramları yaratmalıdırlar.
- Bu iki il ərzində Azərbaycanın sabitliyini təmin edə bilərsinizmi?
- Sabitlik öz-özlüyündə mənasız bir sözdür. Məsələn, bəlalı vəziyyət sabit ola bilər. Ağır vəziyyət sabit ola bilər. Söhbət ondan gedir ki, uzun zamandır, Azərbaycan durğunluq vəziyyətindədir. Ona gorə də mən belə sabitliyə qarşıyam.Mən həyatın normallığına tərəfdaram. Yəni...lazımdır ki, iki il ərzində, bir tərəfdən – və mən ona gorə prezidentliyə namizədliyimi irəli sürmüşəm – özümüzü şoklardan, silkələnmələrdən və üsyanlardan müdafiə edək. Digər tərəfdən isə, əlbəttə ki, biz çox ağır geopolitik məkanda yerləşirik, və yəgin ki bəzi qüvvələr ölkədə normal həyat tərzinin davamına mane olmağa çalışacaqlar. Amma ən vacibi odur ki, mənə elə gəlir ki, insanlar görməlidirlər ki, artıq onları soymurlar. Onlarda ümid yaranmalıdır ki, hökümət onlara yardım edəcək – nəinki onlara pul verməklə, amma həm də işləmələrinə imkan yaratmaqla. Və əgər onlar işləməyə başlasalar...dürüstlüklə və işgüzarlıqla öz işləri ilə məşqul olsalar, onların qazandıqları onların əlindən alınmayacaq.Sərbəst yaşaymaq, işləmək və təhsil almaq və sair ümidi insanlarda yaranmalıdır – və bunlar iki il ərzində inkişaf etdiriləcək. Bu da uzunmüddətli proqramdır, ona görə ki, bu prosseslər çox ləng gedir. Onları başlamaq lazımdır, sabitliklə inkişaf etdirmək lazımdır, amma həm də diqqətlə anlamaq lazımdır. Misal üçün, Avropadaki sistem, hər ölkədə təxminən eynidir. Yunanıstanda olduğu kimi, İspaniyada və Almaniyada, və tutalım ki, Britaniyada da eynidir. Amma fərqli ölkələrdə bu sistemin fərqli nəticələri olur, ona görə ki, bu, adət-ənənələrdən, millətin bacarığından və ölkənin mədəniyyətindən asılıdır.Yəni ki, tam ümidimiz xalqımıza özünün ən yaxşı xüsusiyyətlərini göstərmək ücün imkan yaradılmasından asılıdır. Ona görə ki, indiki zamanda, xalqımız bu imkandan məhrum edilib. Xalqımız üçün öz ölkəsində normal və namuslu işləmək və özünün soyulmayacağından əmin olmasına imkan yaradılmayıb. Bunu biz təmin etməliyik.
- Siz konkret olaraq Azərbaycanlı biznezmenlər üçün nə vəd edə bilərsiniz?
- Mən düşünürəm ki, bu məhz ən birinci vəzifələrimizdəndir. Bu sahibkar azadlığıdır. Məsələ ondadır ki, Azərbaycan xalqı çox təşəbbüskar xalqdır. Onlar xaricdə çox gozəl işləməyi bacarırlar. Ölkədə isə, demək olar ki, orta təbəqə heç yoxdur və biznesmenlərə işlərini görməyə imkan vermirlər. Gömrükdə onların qəlirlərinin 80-90% -ni qarət edirlər. Ən qəddar vergi sistemlərindən biri – güya vergi sistemi, amma hansı ki əslində heç sistem də yox, qarətçilikdir – onlara işlərini görməyə imkan vermir. Bax bu ikili mühasibat tamamilə məhv edilməlidir. Və inslanlar rahatcana işləyib anlamalıdırlar ki, onlar imkanları olduqları gədər gəlir ala bilərlər, və bu gəlir nəinki onlara, həm də ölkəyə xeyir gətirəcək...və onların işçilərinə də. Əsas onu demək istəyirəm ki, indiki hakimiyyət bilərəkdən insanların işləmələrinə ona görə imkan vermək istəmir ki, pulların hamısı onların əllərində cəmləşsin.Onlara azad və varlı Azərbaycanlılar lazım deyil. Ona görə də, bu siyasəti bilərəkdən xüsusən qəddar şəkildə yaradıblar. Biz həmişə insan haqqları barədə danışırıq, amma bu da insan haqqıdır. Biz biznesin azadlığı barədə danışanda onu demək istəyirik ki, bu dövlətin çiçəklənməsi üçün ən vacib şərtlərdən biridir. Ölkədə azad biznes yoxdursa, Azərbaycan həmişə ağır vəziyyətdə olacaq və neft gəlirlərindən asılı olacaq. Düzgün deyirlər ki, Samsung kimi böyük şirkətlər, ilə Azərbaycan və onun neft dollarlarından daha çox gəlir qazanırlar.Azərbaycanda nəhəng sayda qabiliyyətli biznesmenlər var. Və mən əminəm ki, onların normal işləmələri üçün imkan yaradılan kimi, güclü iqtisadi sıçrayş olacaq.
- Siz Qarabağ münaqişəsinin həllini necə görürsünüz?
- Qarabağ münaqişəsinin həlli, ən çətin sualdır. Bu çox çətin geopolitik anlaşılmazlıqdır və onu həll edən beynəlxalq ictimaiyyət olacaqdır. Biz, yalnız bizdən asılı olan hərəkətləri etməliyik.Mən tamamilə əminəm ki, Azərbaycanın ərazisi bütöv və bölünməz qalmalıdır. Biz özümüzün tam azadlığımızı və ərazi bütovlüyümüzü qorumalıyıq. Bu bizim vəzifəmizdir. Biz bunu hansı yolla edəcəyik? Bu dünyada olan hər bir mövcud yolla biz buna nail olmalıyıq. Əlbəttə ki, əvvəlcə razılığa gəlməyə cəhd göstərməliyk. Təəssüf ki, bu problemlər də kiçik bir qrup insan tərəfindən özəlləşdirilib. Necə deyərlər, vətəndaş diplomatiyası mövcud deyil – halbuki, bu problemin həllu üçün, hər iki tərəfdən, böyük çevrələrdən insanların birləşməsinə imkan yaradıla bilərdi. Bizdə hələ də - bu əslində gülməli gəlir, çünki belə problemlin həlli münaqişə modelinin yaradılmasından asılıdır – alimlər bu problemin həllində iştirak etmirlər, ona baxmayaraq ki, problemin həlli, bütün sahələrdən insanların diqqətini və səylərini tələb edir.Ona gorə mən tamamilə əminəm ki, Azərbaycanda daxili vəziyyətin normallaşması, bu problemin həlli üçün imkan yaradacaqdır. Mən Ermənilərə, Gürcülərdən və ya Ruslardan yaxşı yanaşmıram. Mən ümumiyyətlə düşünürəm ki, hər hansı bir millətə pis yanaşmaq, son dərəcə böyük nadanlıqdır, səviyyəsizlikdir. Mən Ermənilər axmaq millət deyil deməkdə tək deyiləm, onu mən yox, bütün dünya deyir, ona görə də ən asanı onları düşmən, rəzil və axmaq adlandırmaqdır, və onların məhv etmək lazımdır deməkdir. O ki qaldı bizim Azərbaycan vətəndaşlarına – Qarabağ bizim torpağımızdır – və Qarabağda yaşayan Ermənilərin və Azərbaycanlıların hamısı bizim vətəndaşlarımızdır.Əgər onlar bizim vətəndaşlarımızdırlarsa, onlar anlamalıdırlar ki, onlar üçün Ermənistan tərəfindən işğal olunmuş Qarabağda yaşamaqdansa, Azərbaycana aid olan Qarabağda yaşamaq daha maraqlı, yaxşı və əlverişlidir. Əgər biz bunu onlara sübut edə bilsək, bu məsələnin həllini olduqca asanlaşdıracaqdır. Mən hesab edirəm ki, beynəlxalq qüvvələr daha çox Ermənilərin tərəfindədirlər ona görə ki, diktaturalara daha mənfi yanaşırlar.Siz başa düşürsünüz ki, əgər Azərbaycan daha azad və demokratik ölkə olsa idi, biz daha çox beynəlxalq quvvələri bu sualın bizim xeyirimizə həllində cəlb edə bilərdik. Bizə çox vacibdir ki, beynəlxalq ictimaiyyətin rəyini qazanaq. Biz məhz bunu etməyə ona görə nail ola bilmirik ki, Azərbaycanın, bir avtoritar və korrupsioner ölkə kimi dünyada çox çirkin imici var. Bundan başlamaq lazımdır. Məni ən çox narahat edən, bizim Qarabağlı veteranlarımızın taleyidir – onlar illər boyu ən ağır şəraitlərdə döyüşərkən öz həyatlarını, sağlamlıqlarını qurban ediblər.Özlərini vətənpərvər amallara, vətənə sevqiyə və torpaqlarını düşmənə verməmək üçün qurban edən insanlar üçün, bizim ölkə heç nə etmir. Baxın görün onlar nə vəziyyətdədilər. Onlar ən adi yaşayış vasitələrindən məhrum ediliblər. Onlarla heç kim hesablaşmır. Bütün ölkənin qürur duymalı olduğu insanları, heç kəs nə televiziyada, nə də ki, bayramlarda və ya şadlıqlarda görmür. Axı onlar ölkənin ən vacib adamlarıdırlar, xalqın qaymağıdırlar. Bizsə onların haqqını onlara vermirik. Mən hələ orduda indi xidmət edənlərdən danışımıram, kimlər ki dəhşətli şəraitdə xidmət edirlər, qəpik-quruş alırlar. Mən bilirəm ki bu xidmətdir, amma yenə də, onlara verilən yemək, yaşadıqları şərait, cibxərcliyi üçün verilən pulun miqdarı dəhşətlidir. Ona görə, Azərbaycan kimi ölkədə orduda xidmət etmək nüfuzlu iş olmalıdır. Onunla gürur duymaq lazımdır. Bunu əldə etmək üçün, ordu və həm də vaxtı ilə döyüşən və haqsızcasına unudulan əsgərlərimizlə tamamilə yeni əlaqə qurmaq lazımdır. İnsanlar anlamalıdırlar ki, öz torpağını, öz ölkəsini qorumaq şərəfli vəzifədir, və bu xidmətə görə xalq səni xatırlayacaq və sənə minnətdar olacaqdır. Bu bizdə təəssüf ki, yoxdur.
Modern.az