Modern.az

Mahmudəli Çöhrəqanlı Bakıya gəlir

Mahmudəli Çöhrəqanlı Bakıya gəlir

Təhsil

2 Avqust 2013, 11:03

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlı avqust ayının ikinci yarısında Bakıya səfərə gələcək. Modern.az saytının məlumatına görə, bu barədə Mahmudəli Çöhrəqanlının sosial şəbəkədəki səhifəsində qeyd edilib.
Qeyd edib ki, 7 il sonra ilk dəfə gerçəkləşəcək bu səfər Güney Azərbaycan milli oyanış hərəkatının ayaqda qalması və Azərbaycan türklərinin gələcəyi baxımından böyük önəm daşımaqdadır.

”Dr. Çöhrəqanlını Bakı hava limanında qarşılamaya millət və millətçilər olaraq hazırmıyıq?
Səfər tarixi dəqiqləşdiqcə, siz dəyərli soydaşlara xəbər verəcəyik. Bizi təqib etməyə davam edin”-deyə xəbərdə bildirilib.

Modern.az-ın məlumatına görə,ABŞ-da mühacirətdə olan lideri Mahmudəli Çöhrəqanlı hələ 2012-ci ilin sonunda  ona qarşı qüvvədə olan yasaqlara baxmayaraq icazə verilsə də, verilməsə də Azərbaycana getməkdə qərarlı olduğunu bəyan etmişdi.

Bir müddət əvvəl millət vəkili Sabir Rüstəmxanlı prezident İlham Əliyevə müraciət edərək ondan bu səfərin baş tutmasına razılıq verməsini xahiş etmişdi.

Mahmudəli Çöhrəqanlı Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub.

O zaman Türkiyədə səfərdə olan Çöhrəqanlı qardaş ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycana deportasiya edilib.

Bakıda isə o bir neçə görüş keçirdikdən sonra polis qüvvələri tərəfindən ölkədən çıxarılıb. Onu Bakı-Nyu-York təyyarə reysi ilə ABŞ-a yola salıblar.



Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR