Modern.az

Abbas Abbasov: "Neqativ təzahürlərə cavab vermək zamanıdır”

Abbas Abbasov: "Neqativ təzahürlərə cavab vermək zamanıdır”

Təhsil

2 Avqust 2013, 12:50

Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti – “Azerros” təşkilatının Ağsaqallar Şurasının sədri, Rusiya Azərbaycanlı Təşkilatları İttifaqının sədri Abbas Abbasov Moskva bazarlarında miqrantlara qarşı aparılan qalmaqallı yoxlamalarla bağlı bəyanat verib.

Modern.az bildirir ki, bəyanatda A. Abbasov bildirib ki, son günlər baş vermiş hadisələr cəmiyyətdə böyük rezonans verib və diaspora təşkilatıar rəhbərlərinin rekasiyaları ilə müşayət olunub.

“KİV bunu dərhal hüquqi başıpozuqluq, “etnik təmizləmə” ruhunda şərh etməyə başladı. Paytaxat sakinlərinin təhlükəsizliyini təmin etmək üçün keçirilmiş operativ axtarış tədbirləri ticarətlə məşğul olanlar tərəfindən adekvat olmayan reaksiya ilə qarşılanıb. Bu isə nəticədə polisin adekvat cavabı ilə nəticələnib”-deyə A.Abbasov vurğulayıb.

“Mən hüquq mühafizə orqanlarına qarşı törədilən bu insidentin səbəblərini bilən kimi çox hiddətləndim. Nə qədər ki, hər birimiz hüquqi və sivil dövlətdə yaşamaq qaydalarını, bu qanunlara əməl etməyi öyrənməmişik bu ədəbsizlik və mədəniyyətsilyin acısını dadacağıq. Belə neqativ hadisələrin kökünü kəsmək üçün bir tərəfədən dövlət orqanlarının iradəsi, digər tərəfdən vətəndaş cəmiyyətlərinin müvafiq qiyməti olmalıdır. Nəhayət ki, bütün neqativ təzahürlərə qarşı adekvat və sivil cavab vermək zamanıdır”.

A. Abbasov MDB ölkələrindəki vətəndaşların sosial problemlərin üzündən Moskva və digər böyük şəhərlərə qazanc dalınca gəldiyini deyib: “Ağır sosial –iqtisadi problemlər, daimi gəlirlərin olmaması üzündən MDB-dən və Rusiyanın cənub regioanlarıının xeyli vətəndaşları böyük meqapolislərə qazanc dalınca gəlirlər. Onlar üçün hər zaman rahat olmasa da yaşamaq və işləmək üçün lazım olan şərait yaradılır. Əksəriyyəti uğurla çalışır və yaxınlarına kömək edirlər. Ancaq təəsüf ki, onların arasında mənəvi -əxlaqi hissilərini itirmiş şəxslərə də rast gəlinir. Onlar özlərinin uydurduqları qanunlarla yaşamaq istəyirlər. Nəticədə onların qanunpərəst və layiqli həmvətənləri əziyyət çəkməli olur”. “Milli ədavət və dini ayrı-seçkilik. Düşmənçilik dalğasının qarşısını almaq üçün yeganə vasitə hamımızn qanunun aliliynə əməl etmək və birgə səyimizlə demokratik-hüquqi dövlətin qurulumasıdır. Mən öz tərəfimdən təmsil etditim təşkilatların köməyini təklif edirəm”-deyə sonda A. Abbasov bildirib.

X. SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR