“Orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd verənlərin sayı 22468 nəfər olub”. Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sdəri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, sənəd qəbulu avqustun 15-ə qədər davam edir.
“Ona görə hamı sənədlərini verməyə tələssin. Sonra avqustun 16-da bizə yaxınlaşıb sənəd verməklə müraciət etməsin. Çünki biz hər gün nə qədər abituriyentin sənəd verdiyini cəmiyyətə çatdırırıq”.
M.Abbaszadə bildirib ki, hərbi həkim üzrə qəbul artıq aparılıb.
“Bu IV qrupda xüsusi ali təyinatlı məktəbdir. Ən aşağı bal 350 balla hərbi həkimliyə qəbul olunub. Bu kontingent ayrı kontingentdir. Birincisi orada ancaq oğlanlar təhsil alır. Ikincisi, onlar imtahandan əvvəl həm hərbi qulluqda olmalıdırlar, həm də müəyyən tələblərdən keçməlidirlər. Orta ixtisas tibb mətkəbinə minimal 150 balla qəbul olunublar. Naxçıvanski adına hərbi liseyə minimal keçid balı 200 olub. Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə 200 balla qəbul olunublar”.
Aytən ƏLİYEVA