Modern.az

Sinoptiklərdən fermerlərə HAVA xəbərdarlığı

Sinoptiklərdən fermerlərə HAVA xəbərdarlığı

2 Avqust 2013, 13:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 03-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

 

Aqrometeoroloji şərh
Yaxın bir neçə gün ərzində Respublikanın əksər rayonlarında hava şəraitinin qeyri sabit, yağıntılı olacağı gözlənilir. Temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi ehtimalı pambıq bitkisinin inkişafını keçən illə müqayisədə nisbətən gecikdirəcək. Gözlənilən yağışlar torpağın rütubət ehtiyatının artmasını təmin edəcək, otlaq bitkilərinin boy atmasını sürətləndirəcək. Yağıntılı hava şəraiti yetişmiş məhsulun yığılması üçün çətinlik yaradacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR