Modern.az məsələ ilə bağlı mobil operatorlardan münasibət öyrənib. “Bakcell” Şirkəti yaydığı məlumatda mobil nömrələrin daşınmasına start verdiklərini bildirib. Məlumatda “avqustun 1-i 2013-cü ildən etibarən Azərbaycanda MND - Mobil Nömrələrin Daşınması prosesinə start verildi. MND haqqında və yüksək keyfiyyətli Bakcell şəbəkəsinə mövcud nömrə ilə qoşulmaq barədə daha ətraflı məlumat əldə etmək üçün mnd.bakcell.com daxil olun” deyə qeyd edilir.
“Azercell Telekom” Şirkətinin Nazirliyin MND xidmətinin həyata keçirilməsi ilə əlaqədar operatorların öhdəliklərini qarşılamamasına dair məlumatla bağlı rəsmi mövqeyi isə belədir:
“Azercell Telekom şirkəti Mobil Nömrə Daşınma Xidmətinin tətbiqinə texniki cəhətdən tam hazırdır. Bu layihənin gerçəkləşməsində müxtəlif qurum və təşkilatlar cəlb edildiyindən, bütün əlaqəli tərəflərin son yoxlamaları aparıldıqdan sonra layihə həyata keçiriləcək”.
Aytən ƏLİYEVA