Modern.az

Ermənilər mülki azərbaycan vətəndaşını yaralayıblar

Ermənilər mülki azərbaycan vətəndaşını yaralayıblar

2 Avqust 2013, 15:18

Ermənilər Azərbaycan vətəndaşını yaralayıblar. Modern.az xəbər verir ki, Qazax Rayon Polis Şöbəsindən APA-ya  verilən məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Tural Musa oğlu Muradov özünə məxsus “QAZel” markalı, 90 JP 024 dövlət nömrə nişanlı maşınla “Abbasbəyli” gölünə çimməyə gedərkən ermənilər onun avtomobilini atəşə tutublar. Nəticədə belindən güllə yarası alan T. Muradov xəstəxanaya yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı