Modern.az

Nazir 18 nəfəri sıra baxışından kənarlaşdırılıb

Nazir 18 nəfəri sıra baxışından kənarlaşdırılıb

2 Avqust 2013, 17:31


Avqustun 2-də Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib. Bu barədə DİN mətbuat xidməti məlumat verib.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib. DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 643 nəfərin düzüldüyü ayrı-ayrı kalonları gəzmiş, namizədlərin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti, bilik səviyyəsi ilə maraqlanmış, bəzi irad və tövsiyyələrini bildirib. Ramil Usubov ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 18 nəfər sıra baxışından kənarlaşdırılıb.
Xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, eyni zamanda,  şərəfli fəaliyyətlərində uğurlar arzulayan daxili işlər naziri əmin olduğunu bildirib ki, onlar Azərbaycan polisinin ən yaxşı ənənələrini davam etdirərək qanunvericiliklə üzərlərinə düşən vəzifələri və ölkə Prezidenti tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirəcək.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı