Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün avqustun 4-də Tehranda səfərdə olacaq.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyətinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun mərasimdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.
Səfər avqustun 5-də başa çatacaq.
Anar RÜSTƏMOV