Modern.az

Mahmudəli Çöhrəqanlının Bakı səfərinin vaxtı məlum oldu

Mahmudəli Çöhrəqanlının Bakı səfərinin vaxtı məlum oldu

3 Avqust 2013, 10:27

Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı Bakıya gəlməyə hazırlaşır. Modern.az saytının məlumatına görə, artıq Mahmudəli Çöhrəqanlının Bakı səfərinin vaxtıda dəqiqləşib. Belə ki, GAMOH lideri avqustun 15-də Bakıya gələcəyini bəyan edib. Bu arada Çöhrəqanlı tərəfdarları müraciət edərək onu qarşılamağa çağırıblar. Məlum olub ki, doktor Mahmudəli Çöhrəqanlını Azərbaycana gətirən təyyarə avqustun 15-i yerli vaxtla saat 21.30-da Bakı Hava Limanında olacaq.

Xatırladaq ki, bu, Mahmudəli Çöhrəqanlının 7 il sonra Bakıya ilk səfəri olacaq.

Modern.az-ın məlumatına görə,ABŞ-da mühacirətdə olan lideri Mahmudəli Çöhrəqanlı hələ 2012-ci ilin sonunda  ona qarşı qüvvədə olan yasaqlara baxmayaraq icazə verilsə də, verilməsə də Azərbaycana getməkdə qərarlı olduğunu bəyan etmişdi.

Bir müddət əvvəl millət vəkili Sabir Rüstəmxanlı prezident İlham Əliyevə müraciət edərək ondan bu səfərin baş tutmasına razılıq verməsini xahiş etmişdi.

Mahmudəli Çöhrəqanlı Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub.

O zaman Türkiyədə səfərdə olan Çöhrəqanlı qardaş ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycana deportasiya edilib.

Bakıda isə o bir neçə görüş keçirdikdən sonra polis qüvvələri tərəfindən ölkədən çıxarılıb. İran-Azərbaycan münasibətlərinin pozulmasından ehtiyatlanan rəsmi Bakı onu Bakı-Nyu-York təyyarə reysi ilə ABŞ-a yola salıb.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı