Modern.az

Milli Ordunun daha bir əsgərini itirdik

Milli Ordunun daha bir əsgərini itirdik

3 Avqust 2013, 11:10


Azərbaycan Ordusu daha bir əsgərini itirib. 
APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Həmin hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Bayramov Rövşən Mirkərim oğlu xəstəlikdən dünyasını dəyişib. Onun ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.

Əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı