Modern.az

İlham Əliyev Barak Obamanı təbrik edib

İlham Əliyev Barak Obamanı təbrik edib

3 Avqust 2013, 17:58

Modern.az xəbər verir ki, Azərbaycanın dövlət başçısı ABŞ prezidenti Barak Obamanı doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

- Hörmətli cənab Prezident, Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Bu gün Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri almışdır. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında və bir sıra digər sahələrdə əməkdaşlığımız da bu qəbildəndir. Eyni zamanda biz xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir, bu səylərin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tezliklə töhfə verəcəyini gözləyirik. Belə bir əlamətdar gündə, cənab Prezident, Sizə və ailənizin bütün üzvlərinə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı