Modern.az

II qrupda imtahan suallarının düzgün cavabları açıqlandı

II qrupda imtahan suallarının düzgün cavabları açıqlandı

3 Avqust 2013, 23:45

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının düzgün cavablarını açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanın nəticələri qurumun rəsmi saytında yerləşdirilib.

Azərbaycan dili abituriyentlər //tqdk.gov.az/et2013/a2_2013et0308.htm,  
Rus dili bölməsi abituriyentləri //tqdk.gov.az/et2013/r2_2013et0308.htm 
bu linklərə daxil olmaqla düzgün cavabları öyrənə bilərlər.

Qeyd edək ki, TQDK II ixtisas qrupu üzrə imtahanları 3 avqustda keçirib. Respublikanın 11 şəhərində keçirilən imtahanlarda iştirak üçün 23052 abituriyent ərizə vermişdi.

II ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər.  

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı